Böyük Britaniya rus diplomatların çıxarılması üçün Vyanaya təzyiq göstərir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Avstriya Xarici İşlər naziri Karin Knaysl deyib.
O bildirib ki, bunun üçün London Vyanadakı səfiri vasitəsilə Avstriya hökumətinə bildiriş göndərib:
“Ancaq Avstriya bu tədbirlərdən qəti şəkildə imtina etdi. Vyananın bu qərarına səbəb Moskvanın cavab tədbirləri deyil. Biz dialoqun tərəfdarıyıq. Onu da qeyd etmək istəyirəm ki, Avstriya 1995-ci ildə Avropa Birliyinə neytral ölkə kimi daxil olub”.
Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.
Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.
Martın 26-sı isə ABŞ və bir sıra Avropa Birliyi ölkələri Londona dəstək məqsədi ilə rus diplomatların ölkədən çıxarılmasına qərar verib. Beləliklə, Rusiyaya qayıdacaq diplomatların ümumi sayı 151-ə çatıb.
Bəzi ölkələr isə Rusiyadakı səfirliyini geri çağırıb.