29 Mart 2018 12:11
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın tarixi 200 ilə qədər uzanır.

Teleqraf.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin sədri Mübariz Qurbanlı Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu ilə birgə təşkil olunan “Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, azərbaycanlılara qarşı dəfələrlə soyqırım törədilib: "1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Erməni vandalizmi, onların törətdiyi cinayətlər barədə danışmaq üçün tədbirlərin keçirilməsinə böyük ehtiyac var. Ermənilərin azərbaycanlılara qarşı soyqırım əməllərinin tarixi 200 ilə qədər uzanıb gedir.

Erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı ardıcıl soyqırım və təcavüz siyasəti aparılıb. Ötən dövrlərdə 3 dəfə azərbaycanlılar soyqırıma məruz qalıb. Ermənilərin ölkəmizin əleyhinə mənəvi, mədəniyyət və incəsənət sferasında mənhus planları bu günədək davam edir".

Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizin tanınan ərazisi 114 kvadrat kilometr olub: "Ermənilər və havadarlarının törətdikləri soyqırım siyasəti nəticəsində tarixi ərazilərimizin bir hissəsi qondarma Ermənistan yaradılması üçün istifadə edilib. Azərbaycan tarixinin ən dəhşətli hadisəsi Xocalı faciəsidir. Ermənilərin törətdikləri vəhşilikləri Azərbaycan dünyaya tanıdılması istiqamətində işlər davam etdirilir".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər