ABŞ-ın Federal təhqiqatlar idarəsinin prezident Donald Trampın Rusiya ilə əlaqələri üzrə apardığı istintaq çərçivəsində 33 yaşlı vəkil Aleks van der Zvan 30 gün müddətinə həbs olunub.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, xüsusi prokuror Robert Müller vəkil Aleks Van Der Zvannı müstəntiqlərə Pol Manafortun keçmiş biznes partnyoru Rik Qeytslə kontaktları haqda yanlış ifadələr verməkdə ittiham edib.
Vəkilin eyni zamanda yalan ifadə verdiyinə görə, 20 min dollar məbləğində cərimələnib.
Habelə rəsmilər vəkilin mühakimə olunmasının Trampın 2016-cı il seçki kampaniyası ilə bilavasitə əlaqəli olmadığını açıqlayıb.
Xatırladaq ki, ABŞ hökuməti 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxiləyə görə 19 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.