26 İyun 2018 22:25
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baş naziri Dmitri Medvedevin bir necə gün əvvəl imzaladığı sərəncamla ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri təyin edilidi. Oreşkinə qədər bu vəzifədə baş nazirin keçmiş müavini Dmitri Roqozin çalışırdı.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, D.Roqozin artıq başqa vəzifədədir, o “Roskosmos”un rəhbəri təyin edilib:
“Moskvadakı təyinatdan 3 gün sonra Prezident İlham Əliyev də Azərbaycan tərəfdən hökumətlərarası komissiyanın sədrini dəyişdi. Rusiyada yeni həmsədr iqtisadi inkişaf naziri olduğundan Azərbaycanın da yeni həmsədri iqtisadiyyat naziri təyin olundu. Buna qədər Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının həmsədri baş nazirin birinci müavini Yaqub Eyyubov idi”.

E.Şahinoğlu qeyd edib ki, D.Roqozin bu illərdə Azərbaycanla sıx əlaqələr qurmuşdu:
“Azərbaycan məhz Roqozinlə əməkdaşlıq sayəsində Rusiyadan milyardlarla dollar həcmində silah və hərbi texnika aldı. Ancaq Roqozinin Oreşkinlə əvəzlənməsi də pis deyil. Onsuz da Rusiyadan hansı silah və hərbi texnika almaq mümkün idisə alındı, indi əməkdaşlığı iqtisadi müstəviyə keçirmək lazımdır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər