27 İyun 2018 09:14
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Elis Uels bu gün Azərbaycana gələcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında bildirilib.

Elis Uels iyunun 28-də Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısnda iştirak edəcək.

Bakıya səfər çərçivəsində ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Xatırladaq ki, sabah Bakıda keçiriləcək toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-a yaxın nümayəndəsi iştirak edəcək. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər