29 İyul 2018 21:17
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyanın “Exo Moskvı” radiosuna müsahibəsində səsləndirdiyi fikirləri ciddiyə almaq lazım deyil.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.

O qeyd edib ki, N.Paşinyan ciddi siyasətçi deyil və siyasətə küçədən gəlib. R.Musabəyovunsözlərinə görə, ermənilərin yeni baş naziri hakimiyyətə gəldiyi müddətdə dəfələrlə bir-birinə zidd bəyanatlar səsləndirib:

“Paşinyanın azərbaycanlıların Ermənistanda heç bir zorakılığa məruz qalmadığını iddia etməsi növbəti sarsaqlıqdır. Axı onlarla qətlə yetirilmiş, yaralanmış, şikəst edilmiş azərbaycanlı vardı. 250 min insan öz tarixi torpaqlarından – indiki Ermənistan ərazisindən qovuldu. Bir sözlə, bu o qədər sərsəm iddiadır ki, şərh etməyə dəyməz. Bütün bunların hamısı erməni xislətini açıq şəkildə göstərir”, – deyə deputat qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər