18 Avqust 2018 13:24
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Ədalət və İnkişaf Partiyasının VI Qurultayı keçirilir.

Partiyadan Teleqraf.com-a verilən məlumata görə, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti qurultayın işində iştirak edir.

Nümayəndə heyətinə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov və Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov daxildir.


Müəllif: Teleqraf.com