8 Sentyabr 2018 17:29
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev sentyabrın 8-də “Zərdab rayonunun Zərdab-Qaravəlli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Zərdab-Qaravəlli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 1,32 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər