20 Sentyabr 2018 16:17
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 21-də Gəncə şəhəri, Daşkəsən və Kəlbəcər rayonlarından olan vətəndaşları Gəncədə qəbul edəcək.

Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyənlər qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin elektron poçt ünvanı, stasionar və mobil telefonları, nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin nazirliyin Gəncə-Qazax regional bölməsi vasitəsilə müraciət edə bilərlər.


Müəllif: Səxavət

Oxşar xəbərlər