20 Sentyabr 2018 20:56
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini istəyir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ara Babolyan deyib.

Onun sözlərinə görə, münaqişənin diplomatik müzakirələrlə həlli Ermənistan parlamentinin diqqət mərkəzindədir:

“Hazırda parlament və millət vəkillərimizin əsas maraq nöqtəsi Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əlbəttə, bu məsələnin dinc yolla həlli də bizim əsas hədəfimizdir”.

Qeyd edək ki, Ara Babolyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin nümayəndəsi Aşot Qulyanla görüşüb. Görüş İrəvanda baş tutub.


Müəllif: Mənsur Rəğbətoğlu