30 Sentyabr 2018 00:44
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin baş katibi Antoniu Quterreş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüşün keçirilməsini alqışlayıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə A.Quterreşin mətbuat katibinin BMT-nin baş katibi adından verdiyi bəyanatda deyilir.

Bəyanatda bildirilir: "həmsədrlərin vasitəçilik səylərinə BMT-nin dəstəyini təsdiq edir, həmçinin tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olmaq üçün etimadın möhkəmləndirilməsi üzrə addımlar atmağa və siyasi iradə göstərməyə çağırırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər