21 Avqust 2014 16:25
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün intihara cəhd edən Fəqan Nəsibov baş prokuror Zakir Qaralov tərəfindən tərəfindən qəbul edilib.

Bu barədə Teleqraf.com-a Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verilib.

Eldar Sultanov bildirib ki, Bakı Metropoliteninin “Koroğlu” stansiyası yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd edən Səbail rayon sakini Nəsibov Fəqan Sabir oğlu Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilərək dinlənilib: “Fəqan Nəsibovun müraciəti Baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanunamüvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib”.

Xatırladaq ki, Fəqan Nəsibov hazırda Zərdabın icra başçısı olan Lütfəli Babayevin Mingəçevir rayonunun icra başçısı olarkən ondan 65 min dollar pul aldığını və hələ də qaytarmadığını iddia edir.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər