Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton arasında görüş keçirilir.
Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Görüşdə tərəflər Azərbaycan ilə ABŞ arasındakı əməkdaşlığın inkişafını, həmçinin regional məsələləri müzakirə edirlər.