Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Məlumata görə, iclasda Mülki Prosessual Məcəlləyə, Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, "Pasportlar haqqında", "Bələdiyyələrin statusu haqqında", "Tütün və tütün məmulatı haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.
Ümumilikdə Milli Məclisin oktyabrın 30-da və noyabrın 2-də keçiriləcək iclaslarının gündəliyinə 57 məsələ daxildir./Trend/