8 Noyabr 2018 16:42
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar Dənizkənarı Milli Parkın yaxınlığında yelkənli qayıqların fləşmobu keçirilib.

Qurumdan Teleqraf.com-a bildirib ki, fləşmobda ASCO-nun “Xəzər” yelkənli idman klubuna məxsus qayıqlar iştirak edib. Üçrəngli bayrağımıza bürünən qayıqlar iki saat ərzində açdıqları yelkənlərlə Xəzər sularında üzüb.

Aksiyanın keçirilməsində əsas məqsəd vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlət bayrağına sevgi və hörmətin aşılanmasıdır.

Xatırladaq ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı sərəncamla Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsi nəzərə alınaraq, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.


Müəllif: Teleqraf.com