DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Astara gömrük postunda İran İslam Respublikasının vətəndaşı Khajouy Eskandiani Farzandeh Mohammad Sadeghi ölkəmizə keçərkən saxlanılıb.
Sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı onun üzərində qanunla qadağan edilmiş predmet aşkarlanmasa da, daxili orqanlarının rentgen müayinəsi zamanı düz bağırsağında 7 ədəd ayrı-ayrı sellofan bükümlərdə, ümumi çəkisi 190 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.