8 Dekabr 2018 09:28
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Nazirlər Kabineti “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla Nauru və ABŞ Virgin adalarının adları “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”ndan çıxarılıb.

Dəyişiklikdən sonrakı siyahı belədir:

1. Anqila.

2. Antiqua və Barbuda.

3. Aruba.

4. Baham adaları.

5. Beliz.

6. Kuk adaları.

7. Qrenada.

8. Maldiv adaları.

9. Antill (Niderland).

10. Panama.

11. Samoa.

12. Sent-Kits və Nevis.

13. Seyşel.

14. Turk və Kaykos.

15. Vanuatu.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər