İllər sonra doğma yurd-yuvamıza qayıtmağın vaxtı çatıb. Bu qədər yetər! Nənəmin mənə uşaqlığımın mahnılarını oxuduğu damın altında yatmaq istəyirəm.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib.
Sosial şəbəkələrdə Dağlıq Qarabağ bölgəsi olan Şuşa şəhərindəki Xurşidbanu Natəvanın məhv edilmiş sarayının fotoşəklini paylaşan Tural Gəncəliyev qeyd edib : "1748-1822-ci il təvəllüdlü Natəvan xanım Azərbaycanın Qarabağ xanlığının sonuncu hökmdarı Mehdiqulu xanın qızı idi".