Konqres və Nümayəndələr Palatası hökumətin qapanmasının qarşısını almaq üçün xərclər və sərhəd təhlükəsizliyini özündə ehtiva edən büdcəyə səs verib.
Teleqraf.com xarici KİV-ə istinadən qeyd edir ki, Konqresin və Nümayəndələr Palatasının qəbul etdiyi büdcə layihəsində prezident Donald Trampın Meksika ilə sərhəddə hasar çəkmək üçün tələb etdiyi 7,5 milyard dollar yer almayıb.
İndi bütün diqqət ABŞ prezidenti Donald Trampa yönəlib.
Tramp Meksika ilə sərhəddə hasar inşa etmək üçün ölkədə fövqəladə vəziyyət elan edə bilər. Analitiklər Trampın belə bir addım atacağını qaçılmaz hesab edirlər.
Əks təqdirdə Tramp Konqres qarşısında məğlub duruma düşəcək.