Bir xidməti itin Avropada satışı 10-15 min avro arasındadır.
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov deyib.
“Əgər çoban itinin saxlanma xərcindən söhbət gedirsə, bu, qida rasionundan asılıdır. Amma bir illik saxlanma 1000-2000 manat arasındadır. Hazırda 60 baş xidməti axtarış iti mövcuddur. Biz 12 dövlətə xidməti axtarış itləri göndərmişik. Onların təlimçiləri mərkəzimizin bazasında təlim keçiblər”, - bildirib.