15 Mart 2019 14:36
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə xalqımız yenidən Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyevə səs verdi. Ölkə prezidenti isə 2018-ci ili Xalq Cümhuriyyət ili elan etdi. Düşünürəm ki, 2018-ci il prezident seçkiləri və Xalq Cümhuriyyətin 100 illiyinin üst-üstə düşməsi təsadüfi deyildi və bu, Azərbaycanının müstəqilliyinin davamlı olacağından xəbər verir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı komitə sədri Əli Hüseynli bildirib.

Deputat xatırladıb ki, Baş nazir öz çıxışında hökumətin 2018-ci ildə gördüyü fəaliyyət haqqında geniş danışıb: “2018-ci il idarəetmədə islahatlar ili kimi yadda qaldı. Hazırda bir çox sahələrdə, strukturlarda Asan Xidmət modelində xidmətlər həyata keçirilir. Bu, olduqca müsbət hadisədir. 2018-ci il sosial sahədəki isalahatlarla da yadda qalacaq. Dövlət başçısının tapşırığı ilə şəhidlər, şəhid ailələri və digər kateqoriyadan olan insanlarla bağlı böyük addımlar atılır”.

Əli Hüseynli daha sonra Baş nazir Novruz Məmmədovun, habelə əmək və əhalinin sosial müdafiə nazirinin Milli Məclisdə olduğunu nəzərə alaraq bir məsələni qaldırmaq istədiyini deyib: “Bizim https://report.az/region/erdogan-yeni-zelandiya-terrorcusunun-onu-oldurmekle-bagli-planina-muna/ onlar mənzillə təmin edilməyib. Hesab edirəm ki, onları qəbul edib bu problemi həll etmək mümkündür”.

Komitə sədri seçicilərinin olduğu Mingəçevir şəhəri haqqında da danışıb: “Mingəçevirdə işsizliklə bağlı məsələlər daim diqqət mərkəzindədir, həllini tapır. Abadlıq işləri aparılır. Hazırda əhalini narahat edən məsələ1949-1950-ci illərdə taxtadan tikilən evlərlə bağlıdır. Zamanında fövqəladə hallar naziri Kəmaləddin Heydərov orada olub, sonradan Baş nazirə müraciət edilib. Sonda qərara gəlindi ki, bu problem hökumət tərəfindən həll edilsin. Hörmətli Baş nazir bu barədə Prezidentə məruzə etsə, şübhə etmirəm ki, problem qısa müddətdə həllini tapar. Hazırda Mingəçevirdə yalnız bu problem var”.


Müəllif: Cavad

Oxşar xəbərlər