Türkiyədə bələdiyyə seçkilərində səslərin 99,1 faizi sayılıb.
Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hazırkı nəticələr aşağıdakı kimdir:
AKP 44,42 faiz
CHP 30,07 faiz
MHP 7,25 faiz
İYİ 7,46 faiz
HDP 4,22 faiz
Digər - 6,58 faiz
“Cümhur ittifaqı” - 51,67 faiz
“Millət ittifaqı” - 37,53 faiz
Ankarada AKP 47,06, CHP isə 50,9 faiz səs toplayıb və nəticədə CHP-nin namizədi Mənsur Yavaş rəqibi Mehmet Özhasekiyə qalib gəlib.
İstanbulda isə AKP 48,7, CHP 48,65 faiz səs toplayıb. Bununla da, AKP-nin namizədi Binəli Yıldırım gərgin mübarizədə CHP-nin namizədi Ekrem İmamoğlunu üstələyib. CHP ölkənin üçüncü böyük şəhəri İzmirdə gözlənilən qələbəni qazanıb. Mustafa Tunc Soyer (58,02) AKP-nin nümayəndəsi Nihat Zeybekcini (38,62) geridə qoyub.
Ölkə üzrə 81 vilayətdən 24-də qələbə qazanan AKP 30 böyükşəhər bələdiyyəsindən 16-da liderliyi qoruyub. AKP 16 böyükşəhər, 24 vilayət, 538 mahal və 200 belde olmaqla, ümumilikdə, 778 bələdəyyədə qalib olub.
“Cümhur ittifaqı” blokunda AKP ilə birləşən MHP-nin göstəriciləri isə çox aşağı olub.
Seçkilərin ümumi nəticəsinə görə, “Millət ittifaqı”nda təmsil olunan CHP ikinci yerə sahibdir. CHP 10 vilayətdə və 10 böyükşəhər bələdiyyəsində seçicilərin etimadını qazanıb. Seçkilərdə iştirak edən digər partiyalar bir-birindən az fərqlə qalan yerləri bölüşürlər.