13 İyun 2019 00:23
1 947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Televiziyası və Türkiyənin Milli Müdafiə Nazirliyi muxtar respublikada iyunun 7-dən 11-nədək davam edən “Sarsılmaz qardaşlıq-2019″ Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən videoxülasə yayıblar.

Kadrlara əsasən, təlimlərə cəlb edilmiş qüvvələr şərti düşmənin həmləsini dəf edərək onu sürətli əks-hücumla darmadağın edirlər. Qurudan və havadan müxtəlif silah sistemlərindən istifadə olunmaqla güclü zərbələr endirən müttəfiq qüvvələrin təlimləri real döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şərtlərdə keçib.

Ermənistan hərbi-siyasi dairələri bu təlimlərlə bağlı təşviş keçirərkən tamamilə haqlı idilər.


Müəllif: Teleqraf.com