30 İyun 2019 16:12
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev UNESKO-nun Baş direktoru xanım Odre Azulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətinə toxunuldu, dünyada bu tədbirə böyük marağın olduğu qeyd edilib.

UNESKO-nun Baş direktoru xanım Odre Azule Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirib və ölkəmizdə mədəni və tarixi irsin qorunması və təbliği istiqamətində görülən işlərin əhəmiyyətini qeyd edib. Xanım Odre Azule Azərbaycanın Elm Muzeyinin təsis edilməsi təşəbbüsünə UNESKO-nun dəstək verdiyini bildirib.

Mədəniyyətlərarası dialoqa toxunan dövlətimizin başçısı “Bakı Prosesi”nin artıq böyük qlobal platformaya çevrildiyini və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini deyib. Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə mədəni və təbii irsin qorunması gündəlikdə duran ən önəmli məsələlərindən biridir.

Söhbət zamanı Azərbaycan ilə UNESKO arasında elm və təhsil sahələrində əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, bu sahədə UNESKO-nun xətti ilə həyata keçirilən layihələrin önəmi vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər