9 Sentyabr 2019 22:58
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Giorgi Qaxariyaya təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Baş nazir,

Gürcüstanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər