18 Sentyabr 2014 16:17
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyası rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qərbin Azərbaycana qarşı kampaniya aparmasını sərt tənqid edib.

Teleqraf.com-un məlumatına görə, N.Məmmədov özünün Twitter səhifəsində qeyd edib ki, Qərbdə Azərbaycanla bağlı obyektiv məqalə yazanlara qarşı kampaniya aparılır: “Modest Kolerov kimi özünü siyasətçi sayanlar provokasiya niyyətli fikirləri ilə reytinq qazanmağı peşə hesab edirlər. Qərbdə Azərbaycanla bağlı obyektiv məqalə yazanlara qarşı kampaniya elan edilib. Bu, demokratiyadır?”.

PA rəsmisi “Vaşinqton Post” qəzetinə ismarıc yollayıb: “Azərbaycanın harada yerləşdiyini bilmədiyi halda, bu ölkə haqqında “dəqiq məlumatları” görəsən “Washington Post” kimdən alır?”, -deyə N. Məmmədov bildirib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər