19 Noyabr 2019 00:59
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Serj Sərksyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 2016-cı ildə baş vermiş aprel döyüşləri ilə bağlı ifadə verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Mənim addımım” parlament fraksiyasının üzvü, qurumun Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının başçısı Andranik Koçaryan deyib.

“Əvvəlcə biz sualların tam siyahısını hazırlamalıyıq. Yalnız bundan sonra Sərksyanı komissiyaya dəvət etmək olar”, - deyə Koçaryan jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Serj Sərksyan aprel döyüşlərində Ermənistan ordusunun işğal olunmuş Dağlıq Qarabağ bölgəsində məğlubiyyətinə görə günahkar bilinir. Bu səbəbdən cari ilin iyununda Ermənistan parlamenti məğlubiyyətin səbəblərini araşdırmaq üçün araşdırma komissiyası yaradıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər