5 Mart 2020 12:22
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstitusiya Məhkəməsi Plenumunun Milli Məclisə fevralın 9-da keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair xüsusi konstitusiya icraatı üzrə iclası müşavirədən sonra öz işini davam etdirib.

Teleqraf.com xəbər verir ki, Konstituiaya Məhkəməsinin sədri Fərhad Abdullayev plenumun qəbul etdiyi qərarı oxuyub.

Qərara əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, MSK-nın təqdim etdiyi 121 seçki dairəsində səsvermənin nəticələrinin baş tutmasına dair protokollar təsdiq olunub.

***

11:05

Konstitusiya Məhkəməsinin bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov çıxış edib.

Teleqraf.com xəbər verir ki, M.Pənahov seçkilər elan olunan gündən yekun protokolların tərtib olunduğu günədək görülən işlərlə bağlı məlumatları çatdırıb.

O qeyd edib ki, seçki günü hər hansı problemin olmasına dair MSK-ya məlumat daxil olmayıb: “Seçkilər ölkə üzrə 1000 seçki məntəqəsində qurulan veb-kameralar vasitəsilə canlı olaraq yayımlanb. Eyni zamanda biz bu seçkidə sosial şəbəkə fenomenini gördük. Həm aşağı seçki komissiyalarının, həm də yuxarı seçki komissiyalarının fəaliyyətinin araşdırılması zamanı sosial şəbəkələrdən istifadə özünü aydın surətdə göstərdi. Biz bu görüntülərin MSK-ya təqdim edilməsi üçün namizədlərə maksimum şərait yaratdıq. Səsvermənin gedişi hesab edirəm ki, normal şəkildə həyata keçirilib”.

MSK sədri deyib ki, bu və ya digər xoşagəlməz hadisələrdən sığortalanmaq mümkün deyil:

“Biz də bu cür hadisələrdən sığortalanmaışıq. Seçkiqabağı dövrdə MSK-ya 54 müraciət daxil olub, onlardan 47-i eyni məzmunlu olub. Seçkidən sonra 300-ə yaxın müraciət daxil olub. Bunların hamısı ilə bağlı müvafiq qərarlar qəbul olunub. Biz araşdırma zamanı 4 seçki dairəsində səsvermənin nəticəsinin etibarsız hesab edilməsi qənaətinə gəldik. 382 məntəqəsində seçkinin nəticəsi etibarsız sayıldı. Bura buraxılan dairələrin məntəqə seçki komissiyaları da daxildir. Həmçinin, fəaliyyətindən narazı qaldığımız 87 seçki məntəqəsini buraxdıq”.

Sonra MSK sədri Konstitusiya Məhkəməsi sədrinin ünvanladığı sualları cavablandırmağa başlayıb.

MSK sədri bildirib ki, namizəd olmuş şəxslər və ya onların səlahiyyətli nümayəndələri tərəfindən şikayətlərin çoxu sosial şəbəkələrdəki görüntülərə əsaslanaraq təqdim edilib: “Qanun pozuntularının baş verdiyi hallar olub, ancaq bu pozuntular həmin məntəqələrdə səsvermənin nəticəsini etibarsız hesab etməyə əsas vermirdi. Ümumilikdə məntəqələrin 4-5 faizində pozuntular olub. Həmin 4-5 faiz məntəqələr bütün ölkə ərzisisini əhatə edib. 94-95 faiz məntəqələrdə belə halar baş verməyib”.

İclasda prosesə ekspert qismində cəlb edilmiş Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov çıxış edib.

Nəsir Şükürov bildirib ki, iş üzrə araşdırma seçkinin nəticələrinin təsdiq edilməsinə əsas verir. Onun sözlərinə görə, Seçki Məcəlləsinə əsasən səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə, birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Daha sonra Dövlət Statistika Komitəsinin aparıcı məsləhətçisi Ulduzə Həmidova çıxış edib. O, seçicilərlə bağlı bir sıra statistik məlumatları çatdırıb.

Bundan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yekun qərarın elan edilməsi üçün iclasda fasilə elan edib.

Hakimlər müşavirədən qayıtdıqdan sonra yekun qərar elan olunacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər