Gürcüstanda koronavirusla bağlı karantində saxlanılanların sayı 4 055 nəfər təşkil edir.
Bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda yerləşdirilib.
Qonşu ölkədə 57 aktiv koronavirus daşıyıcısı var. Stasionar nəzarətdə 252 nəfər saxlanılır.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 66 yoluxma halı təsdiqlənib. Yoluxanların 9-u tam sağalaraq evə buraxılıb. /Report/