29 Sentyabr 2014 12:19
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin də ortaq olduğu F35 müştərək hücum təyyarəsi layihəsinin danimarkalı təchizatçısının texnologiyası oğurlanıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə ilə yanaşı, 9 ölkənin müştərək olduğu F35 hücum təyyarəsinin layihəsinin danimarkalı təchizatçısı 4 il ərzində izlənilib. Hərbi Kəşfiyyat Xidməti Kiber Təhlükəsizliyi Mərkəzindən əldə edilən məlumatlara görə, xakerlər 2008-2012-ci illər arasında ən az 5 danimarkalı silah istehsalı şirkətinin texnoloji sistemlərinə daxil olublar.

Kiber Təhlükəsizliyi Mərkəzinin rəhbəri Lund Sörensen hücumların çox planlı və mütəmadi həyata keçirildiyini açıqlayıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, xakerlərin Çinin Baş Qərargahı ilə əlaqələri var. Çinin Kopenhagendə yerləşən səfirliyi məsələyə münasibət bildirməkdən imtina edib.

Qeyd edək ki, ABŞ-ın liderliyi ilə həyata keçirilən layihənin digər ortaqları İngiltərə, İtaliya, Hollandiya, Türkiyə, Avstraliya, Kanada və Norveç şirkətləridir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər