"Hər hansı şəxsin koronavirusla bağlı testi pozitiv çıxsa, onun təmasda olduğu şəxsləri araşdırmağa çalışırıq".
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib:
"Müəssisə rəhbərlərindən xahiş edirəm ki, iş rejimini onlayn rejimdə keçirsinlər. İşçilərin təmaslarını maksimum səviyyədə azaltmaq lazımdır.
İşi elə qurmaq lazımdır ki, biz də təmasda olanları nəzarətə götürə bilək. Bizim çağırışlarımıza əməl etmələrini xahiş edirik".