Xəbər verdiiymiz kimi ötən gün axşam Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.
Teleqraf.com-un məlumatına görə, bəzi şəxslər Milli Məclisin inzibati binasına daxil olaraq bir sıra dağıntılar törədiblər.
Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və binadan çıxarılıblar.
Görüntüləri təqdim edirik: