Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.
Bunu Teleqraf.com-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
Onun sözlərinə görə, nəticədə evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Mülki şəxslər arasında xəsarət alan yoxdur.