16 İyul 2020 11:03
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulduğu barədə yaydığı məlumatı təkzib edib.

Teleqraf.com xəbər verir ki, bu barədə V.Dərgahlı açıqlamasında deyib.

O, bildirib ki, bu yanlış məlumatdır:

"Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər