Ermənilərdə faşizm ideologiyasına məhəbbət qədim tarixə söykənir. Bilirsiniz ki, Njdeyə abidə qoyulması, faşizm ideologiyasının təbliğ olunması, Ermənistan Respublikasının müstəqillik əldə etdikdən sonra həyata keçirdiyi siyasət, bütün qonşularla ərazi iddiaları əsasında münaqişələr yaratmaq, Azərbaycan ərazilərinin 1/5 hissəsini işğal altında saxlamaq, milyonlarla insanın qaçqın düşməsi, Xocalı soyqırımının törədilməsi kimi hadisələrin hamısı faşizm davranışları ilə eynilik təşkil edən hərəkətlərdir.
Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.
O qeyd edib ki, Ermənistanın müstəqillik əldə etdikdən sonra bir dövlət kimi davranışı hüquqi baxımdan qiymətləndirilsə, faşizmlə eyni səviyyəyə qoyula bilər: "Ermənistan üçün ikinci bir Nürnberq prosesinin başlanması tarixin tələbidir. Onlar nəinki işğalçılıq siyasətindən əl çəkmək istəmirlər, hətta buna gücləri çatmadıqda bunun iyrənc formalarına keçirlər, soydaşlarımıza, diplomatik missiyalara qarşı hücumlar törədib imkan daxilində zərər vurmağa çalışırlar. Bütün bunlar faşizm ideologiyasına mənsub olan elementlərdir ki, erməni siyasətində bu, öz əksini tapıb. Ona görə də mən düşünürəm ki, dünya artıq ayılır. Erməni siyasəti birmənalı qarşılanmır. Düzdür, ikili standartlar hələ də var. Amma inanın ki, ermənilərin maskası artıq cırılıb. Erməni ideoloqlarının, xüsusilə daşnak ideoloqlarının digər millətlərə qarşı düşmənçilik, qonşulara qarşı təcavüz, qonşuların hesabına öz ərazilərini genişləndirmək niyyətləri artıq dünyaya bəllidir və bu, keçərli deyil.
Mən tam əminəm ki, Azərbaycan dövləti qüdrətli bir dövlət olaraq, Azərbaycan xalqı cəsarətli bir xalq olaraq yaxın zamanlarda işğal olunmuş torpaqlarını işğaldan azad edəcəkdir. Biz ermənilərin yeni bir maska taxmağa məcbur olacağının şahidi olacağıq. Yenə də gələcəklər ki, biz qonşu xalqlarıq, sülh şəraitində birgə yaşamaq istəyirik. Biz onu da görəcəyik”.