16 Oktyabr 2020 11:32
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Verilmiş qərar yalnız təhsil müəssisələrinə aiddir.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:

"Repetitor və ya təhsillə məşğul olan qurumlara bu qərar aid deyil. Qeyd edim ki, atılan addımların iqtisadi təsirləri aşağıdır.

Təhsil sahəsində çalışanlar əmək haqlarını alır. Hazırda iqtisad fəaliyyətə təsir edən məhdudiyyətlər yoxdur. Eyni zamanda səhiyyə nazirliyinin gigiyena və epidemiologiya mərkəzləri təhsil müəssisələrinə nəzarəti həyata keçirir".

Yaqut Qarayeva əlavə edib ki, hər hansı təhsil müəssisəsində yoluxma halı qeydə alınırsa, nəzarətə götürülür: "Adətən, kurslara gedənlər yuxarı siniflərdir. Bu səbəblə kurslarda təhsil alanların maska taxması mütləqdir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər