24 Oktyabr 2020 14:40
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış media mənsubları Gəncə şəhərində erməni terroru nəticəsində dağıdılan evlərə baş çəkiblər.

Teleqraf.com-un Gəncə bürosunun məlumatına görə, onlar Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket zərbəsinin düşdüyü ərazidə olublar.

Mətbuat nümayəndələrinə hadisə barədə əttaflı məlumat verilib, həlak olan günahsız insanların mülki vətəndaşlar olduğu diqqətə çatdırılıb.

Türkiyə mediasının təmsilçiləri bildiriblər ki, münaqişə başlayan gündən bütün prosesləri ciddi surətdə izləyir, Azərbaycan həqiqətlərinin dünya içtimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görməyə çalışırlar.

Türkiyəli jurnalistlər raket zərbələrinin düşdüyü digər ərazilərədə də olub, vətəndaşlarla görüşüblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər