Türkiyə Respublikasının Gənclər Fondunun nümayəndə heyyətinin üzvüləri Gəncə şəhərinə səfər edib.
Teleqraf.com-un Gəncə bürosunun məlumatına görə, səfər çərçivəsində qardaş ölkənin rəsmiləri Gəncə şəhərində raket düşən əraziyə baş çəkib. Dağılan evlərə hörmət əlaməti olaraq gül dəstələri düzülüb, dualar oxunub.
"İnanılmaz bir şəkildə Türkiyə və Azərbaycan qardaşlığının şahidi oluruq.Bütün dünya bu qardaşlığın şahidi olur. Gəncə başda olmaqla Bərdə və digər şəhər və rayonlarda günahsız, sivil insanların yaşadığı ərazilərdə qətlə yetirilməsi bir daha Ermənistanın bir terror dövləti olmasını, bu terror ölkəsinin rəhbərlərinin müharibə cinayəti işlədiyinin bariz sübutudur. İnşallah başda Şuşa şəhəri olmaqla bütün Qarabağ bölgəsinin işğalfan azad olunmasının şahidi olacağıq"- deyə Türkiyə Gənclər Fondunun rəhbəri qeyd edib.