30 Noyabr 2020 15:32
1 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün faktiki olaraq fəlakətin içindəyik və bu, hər gün daha da pisləşəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.

Minasyan cəmiyyətin ziyalı kəsiminin ölkəni narahat edən problemlərin həllində zəif iştirak etdiyini bildirib:

“Səylərinizə heyranam, amma düzü başa düşmürəm. Mübarizənizin siyasətdən kənar olduğunu və bununla Nikolun hakimiyyət müddətini uzatdığınızı bilirsiniz. Bütün digər fəaliyyətlərinizi dayandırın, istəsəniz qeyri-siyasi şəkildə Nikoldan əsirlər evlərinə dönənə qədər erməni qoşunlarının (Dağlıq Qarabağdakı) geri çəkilməsinin dayandırılacağını elan etməsini tələb edin. Bu, yalnız Nikoldan asılı olan məsələdir. Əks təqdirdə, bu problemin həlli uzun müddət çəkə bilər”.

Sabiq səfər Qarabağdakı məğlubiyyətə və ölkədəki böhranlı duruma görə, passiv mövqedə dayanan ziyalıları ittiham edib:

“Əslində siz çıxılmaz vəziyyət yaratdınız. Nikolun heç bir şeyə qadir olmadığına inanmağınıza baxmayaraq, ona qarşı mübarizə aparmaq istəmirsiniz, məsələni onsuz həll etməyə çalışırsınız, itkin düşənləri özünüz axtarırsınız.

Bir daha təkrar edirəm, məsələnin həll mexanizmi yalnız Nikolun əlindədir. Ancaq bunun əvəzinə xarici diplomatların bu işi görməsini istəyirsiniz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər