“Yunanıstan dürüst davranarsa, masada olmağa davam edəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycana səfərindən əvvəl jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri Yunanıstan Baş naziri Kiryakos Miçotaksin ittihamlarına da cavab verib:
“Hər zaman masadan qaçan onlardır. Heç vaxt masa arxasında dayanmadılar. Stoltenberq masaya çağıranda da qaçdılar. Bundan əvvəlki dövrdə də masadan qaçdılar. Həmişə siyasətlərini yalan üzərindən yürüdüblər. Həmişə belə bir yanaşma sərgiləyirlər. Dünəndən bu günə kimi dik durduğumuz kimi, bundan sonra da yolumuza davam edirik.
Aralıq dənizinin şərqində hüquqlarımızı, Şimali Kiprin hüquqlarını qorumağa davam edəcəyik. Burada heç vaxt güzəştə getmək mümkün deyil. Yunanıstan dürüst davranarsa, masada olmağa davam edəcəyik”.