10 Dekabr 2020 11:43
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni növ koronavirus (COVID-19 ) peyvəndi hazır olanda kameralar qarşısında çəkinmədən vurduracam”.

Teleqraf.com-un məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres deyib.

BMT Baş katibi heç tərəddüd etmədən cəmiyyət qarşısına peyvənd vurduracağını deyərək hər kəsi peyvəndlənməyə təşviq edib:

"Hər kəsi vaksinasiyaya çağırıram, çünki peyvənd yalnız özümüzə xidmət etmir, həm də cəmiyyətə xidmət edir və xəstəliyin yayılma riskini ortadan qaldırır. Peyvənd mənim üçün mənəvi bir borcdur”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər