11 Dekabr 2020 16:46
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli QHT Forumu Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2020-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsini həyata keçirib.

Telqraf.com xəbər verir ki, layihənin məqsədi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına institusional informativ, metodiki, təşkilati dəstəyin təşkil olunması, bununla ölkədə vətandaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdan ibarətdir.

Layihə çərçivəsində görülən işlərin nəticəsi olaraq bir çox QHT sənədləşmə, Foruma üzv olma, sənədlərin Ədliyyə Nazirliyinə təqdimi, təşkilatın qeydiyyata alınması, layihələrin yazılması və idarə olunması, müvafiq tədbirlərin keçirilməsi və digər məsələlərlə əlaqədar xidmət göstərilib və layihə çərçivəsində QHT-lərin institusional inkişafına dəstək verilib.

Layihə çərçivəsində bir sıra QHT-lər Bakı Resurs və Təlim Mərkəzində tədbir keçirib (pandemiya ilə əlaqədar insan sıxlığı və kütləvi tədbirlər məhdudlaşdırılıb). Kütləvi tədbir təşkil edən təşkilatlar onlayn formatda Forumun texniki dəstəyindən istifadə edib.

MQF-ə QHT-lər və vətəndaşlar tərəfindən gələn müraciətlərə əsasən, lazımi orqanlarla əlaqə yaradılıb və yönləndirilib. Buraya dövlət qurumları, beynəlxalq təşkilatlar, mətbuat və digər QHT-lərlə əlaqələr daxildir.

MQF-nin təşəbbüsü ilə “Bakı QHT Resurs və Təlim Mərkəzi” İctimai Birliyi təsis edilib. Birliyin əsas məqsədi Bakı, Sumqayıt və Abşeron rayonlarında yerləşən QHT-lərin institusional inkişafına dəstək göstərmək və onların fəaliyyətini əlaqələndirməkdən ibarətdir.

Layihə çərçivəsində yaradılan www.brtm.az saytı vasitəsilə Bakı Resurs və Təlim Mərkəzinin yerinə yetirdiyi fəaliyyət ölkə ictimaiyyətinə təqdim ediləcək. Bununla yanaşı QHT-lərin keçirdiyi tədbirlər, elanlar və digər xəbərlər bu saytla yayımlanacaq. Nəzərə alsaq ki, bir sıra QHT-nin fərdi ofisi yoxdur, ona görə də mərkəzin bu dəstəyi QHT-lər üçün çox əhəmiyyətlidir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər