12 Dekabr 2020 13:58
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri xiyabana gələrək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Teleqraf.com DTX-nin saytına istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb və məzarı üzərinə gül dəstəsi düzülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər