Vətən müharibəsində yaralı şəkildə ermənilər tərəfindən əsir götürülmüş hərbçimiz Amin Musayev Bakıya gətirilib.
Teleqraf.com xəbər verir ki, A.Musayevin hazırda həkim nəzarəti altında olduğu bildirilir.
A.Musayevlə yanaşı digər əsir və girovlar, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib.
Xatırladaq ki, A.Musayev işğal altında olan torpaqların azad olunması uğrunda gedən döyüşlər zamanı ermənilər tərəfindən əsir götürülmüşdü.