22 Dekabr 2020 23:13
3 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənab Ərdoğanın təşəbbüsü ilə yaradılmış 6-lıq platformasının reallaşması üçün danışıqlar davam etdirilir. Tərəflər təşəbbüsə müsbət yanaşır. Platformanın gerçəkləşməsi üçün heç bir problem görmürük".

Teleqraf.com xəbər verir ki, bu sözləri AKP-dən olan millət vəkili Ömər Çelik bildirib.

Onun sözlərinə görə, Rusiya, İran, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakı nəzərdə tutulan platformaya bütün tərəflər müsbət yanaşır: "Hətta Gürcüstanla münasibətləri gərgin olan Rusiyanın lideri təşəbbüsə dəstək verdi. Qoşularsa Ermənistan üçün bu platforma bir fürsət olacaq".

Fransanın bölgədəki proseslərə kobud müdaxiləsinə toxunan deputat qeyd edib ki, hazırda Ermənistanın düşdüyü acınacaqlı durumda Parisin də günahı var: "Ölkənin baş nazirini kilsədən qovdular. Bu, erməni diasporunun və Fransanın fəaliyyətləri nəticəsində Ermənistanın düşdüyü acınacaqlı durumdur".

Qeyd edək ki, 6-lı platforma hamı üçün "win-win" (qazan-qazan) imkanı təmin edəcək təşəbbüsdür.

Bildirilir ki, Ermənistan da bu prosesə qatılarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni bir səhifə açıla bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər