"Rusiya vaksini Türkiyə ilə ortaq istehsal ediləcək".
Teleqraf.com xəbər verir ki, bunu Soçidə səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, COVID-19 dövründə Rusiya ilə vətəndaşların evakuasiyası və turizm də daxil olmaqla yaxşı münasibətlər quruldu:
“Prezident Putin telefonla “Sputnik V” ilə bağlı Rəcəb Tayyib Ərdoğana təklif verib. Ölkə başçısı da dərhal Səhiyyə nazirini təlimatlandırıb, nəticədə qurumlarımız arasında anlaşma memorandumu imzalanıb.
“Sputnik V” haqqında əlavə məlumatlar tələb olunurdu. Səhiyyə nazirimiz bu məlumatların Rusiyadan gəlməyə başladığını bildirib. Bu əməkdaşlığın məqsədi təkcə peyvənd tədarükü deyil, həm də birgə peyvənd istehsalıdır. Bu peyvəndin Türkiyədə də istehsal olunması hədəfinə doğru irəliləyirik”.