1 Fevral 2021 12:19
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kimsə bizim qazandığımız qələbəyə kölgə salır. Tarif Şurası toplaşır, qiymət qaldırır, biz isə camaatın içinə çıxa bilmirik.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli deyib.

O əlavə edib ki, Tarif Şurasında kimlərin təmsil olunduğunu bilmir: “Toplaşıb, qəfil qərar verirlər, diqqət isə dövlətə qarşı çevrilir. Zəlzələnin də öncədən baş verəcəyi bilinmədiyi kimi Tarif Şurasının da qərarları bilinmir”.

Deputat diqqəti konstitusiyanın 12-ci maddəsinə çəkərək xatırladıb ki, bu maddəyə əsasən dövlətin ali məqsədi vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edir.

Millət vəkilinin fikrincə, Tarif Şurasını ləğv etmək və ya nazirlərin səlahiyyətinə vermək lazımdır.


Müəllif: Nemət

Oxşar xəbərlər