5 Fevral 2021 11:02
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da hazırlanan “Moderna” peyvəndinin yeni yan təsirləri ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, peyvənddən sonra 1 həftə ərzində 14 nəfərin qolunda ağrılı qırmızı şiş meydana gəlib.

Nadir rastlanan bu şişkinliklərin ağrıya və toxunmağa qarşı həssas olduğu deyilir.

Mütəxəssislər şişkinliyin ağrıkəsici və buz tətbiq edərək bir neçə gün ərzində özü-özünə keçdiyini bildirib. Çaxnaşma yaratmağa və ya peyvəndin ikinci dozasından imtina etməyə əsas yoxdur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər