12 Fevral 2021 12:26
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həqiqətən də bu məsələnin müzakirə edilməsinə, aydınlıq gətirilməsinə ehtiyac var idi. Bəzən çoxları düşünürdü ki, Prezidentin xüsusi nümayəndəsi idarəetmədə paralel dövlət strukturu olacaq.

Teleqraf.com xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Prezidentin xüsusi nümayəndəsi ilə icra hakimiyyəti orqanları paralel struktur kimi qiymətləndirilməməlidir: “Əvvəla nəzərə almaq lazımdır ki, Prezidentin xüsusi nümayəndələri işğaldan azad olunan ərazilərlə əlaqəli olaraq təyin olunurlar. Nəzərə almaq lazımdır ki, azad edilən tarixi torpaqlarımızda işlər tam başdan başlayacaq. Orada müxtəlif nazirliklər, idarələr, şirkətlər olacaq. Xüsusi nümayəndə bu qurumların fəaliyyətini koordinasiya edəcək, quruculuq, abadlıq işlərini əlaqələndirəcək, Prezidentdən aldığı tapşırıqları həyata keçirəcək. Yerli icra qurumları isə əsasən əhalinin problemləri ilə məşğul olacaq”.

Aydın Mirzazadə deputat həmkarı Razi Nurullayevi də tənqid edib: “Razi Nurullayevin çıxışı klassik müxalifətçilikdən kənara çıxmadı. Hamı pisdir, bunu dəyişdirmək lazımdır prinsipini ortaya qoydu. Ammma hər hansı bir model, xarici təcrübə haqda danışmadı. Bu gün xarici təcrübə Azərbaycandan öyrənir. Azərbaycanın ordu quruculuğundan, köçkünlərlə iş təcrübəsindən və idarəetmədə təkmilləşdirməni öyrənir”.


Müəllif: Nemət

Oxşar xəbərlər