19 Fevral 2021 11:57
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev İndoneziya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Muhammad İqbala və qrupun üzvlərinə təşəkkür məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, məktubda Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı İndoneziya Respublikasının Nümayəndələr Palatasında qəbul edilmiş, tarixi faktlara söykənən və BMT TŞ-nin qətnamələrinə istinad edən siyasi bəyanat yüksək qiymətləndirilib, İndoneziya parlamenti tərəfindən verilən bu qardaş dəstəyinə görə dostluq qrupu adından həmkarlarına minnətdarlıq ifadə olunub. Məktubda həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası dost İndoneziya Respublikası ilə ikitərəfli əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə böyük önəm verir. Məktubda birgə səylər nəticəsində parlamentlərarası əməkdaşlığımız bundan sonra da dərinləşəcəyinə və bunun xalqlarımız arasında mövcud əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Xatırladaq ki, 10 fevral 2021-ci il tarixində İndoneziya Respublikasının Nümayəndələr Palatasının İndoneziya-Azərbaycan parlament dostluq qrupu tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib, bəyanatda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi insanlığa sığmayan cinayətlər qınanıb və Ermənistanın BMT TŞ-nin qətnamələrinə məhəl qoymaması pislənilib.


Müəllif: Nemət

Oxşar xəbərlər